Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Fevral 2015

Məhbus valideynlərindən ağır ittihamlar

Elşad Babayevin qətlinə etiraz edənlərə işgəncə verilir

Aynur Yaqubova: «Mədət Quliyev bütün qanunsuz əməllərə göz yumur. Oğlumun ağzında bir dənə salamat diş qalmayıb»

Anar Quliyev: «Açıq şəkildə görünür ki, qardaşıma işgəncə verilib, danışmaması üçün yanında 6-7 nəzarətçi gəzir»


Yaşadığımız ölkədə o qədər qanunazidd, qeyri-insani hadisələr baş verir ki, artıq belə hallar normaya çevrilir. Təbii ki, demokratik prinsiplərdən, qanunun aliliyindən, şəffaflıqdan imtina etmiş bir hakimiyyətin yaratdığı gerçəklik belə omalıdır.

Demək olar ki, bütün rəsmi strukturlarda özbaşınalıq, harınlıq baş alıb gedir. Son günlər Ədliyyə sisteminin də bərbad vəziyyətdə olmasını sübut edən xeyli məqamlar üzə çıxdı. Amma baş verənlərə adekvat münasibət yoxdu, günahkarlar cəzalandırılmır.

Belə ki, dekabrın 22-də 14 saylı CÇM-də inanclı məhbus Elşad Babayev karserdə işgəncə ilə öldürüldü. Bu hadisə ölkə mətbuatının gündəmini zəbt etdi, mərhumun işgəncə nəticəsində öldüyünü sübut edən görüntülər yayıldı. Amma aidiyyəti qurumlar baş verənlərə “don” geyindirməyə çalışdılar. Elşad Babayevin öldürülməsinə etiraz əlaməti olaraq məhbuslar üsyan qaldırdılar. Onlar Elşadı öldürənlərin cəzalanmasını istəyirdilər. Yayılan xəbərlərdən məlum oldu ki, hərbçilər səhər CÇM-ə girib məhbuslara divan tutublar. Nəticədə aksiyada fəallıq edən 11 nəfər karserə salındı, 13 nəfər isə işgəncə müəssisəsi kimi tanınan “tubzon”a köçürüldü. ÿ

Bu hadisənin üstündən bir müddət ötdü və baş verənləri unutdurmağa çalışdılar. Amma son günlərdə daha ilginc məlumat yayıldı. Məlum oldu ki, “tubzon”a köçürülənlər işgəncəyə məruz qalır, onlardan zorla ifadə alınır.

Hansıki, ədliyyə naziri Fikrət Məmmədovun iştirakı ilə 2 gün öncə Penitensiar Xidmətin 2014-cü ildəki fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş müşavirə keçirilib. Müşavirədə çıxış edən nazir öz tapşırıqlarını verdi və vətəndaş-məmur münasibətləri, korrupsiyaya şərait yaradan hallara yol verilməməsi, etik davranış qaydalarına ciddi əməl olunması, insanlara layiqli xidmət göstərilməsi ilə bağlı tələbləri diqqətə çatdırdı.

“Tubzon”da olanlardan biri Isa Yaqubovun anası Yaqubova Aynur “Azadlıq”a açıqlamasında bildirdi ki, həbsdə olanların taleyi üzərində alver edirlər: “Övladımı vərəm dispanserinə köçürüblər. Səbəb isə budur ki, Elşad Babayevin qətlinə etiraz edib. Həmin vaxt onları vəhşicəsinə döyüblər. Indi də məhbusları vərəm dispanserə aparılmasını əsaslandıra bilmirlər. Bu adamlar qanunsuz hərəkət ediblərsə, Kürdəxanıya aparsınlar, sağlam adamları vərəm xəstələrinin yanına niyə aparırlar. Isanın salamat dişi qalmayıb, əllərində xəsarət izləri var idi. Bütün aidiyyəti orqanlara müraciət etmişik. Amma nəticə yoxdur. Bizə orda deyirdilər ki, guya dustaqlar kameranı dağıdıblar və kameralara da bu düşüb. O zaman sual olunur. Həmin kameraların yaddaşına Elşad Babayevi öldürənlər niyə düşməyib? Əsl cinayətkarlığı gizlətmək üçün günahsız adamlara ləkə atırlar. Bizdən karantinə görə 100 manat alıblar, aktı götürmyə görə 100 manat əlavə alıblar, məhkəməyə görə 700 manat alıblar. Isa yanvarda azadlığa çıxmalıydı. Bütün bunları ”Nikoil" bankdan pul götürərək etmişik. Əli Ibrahimov bizim pulumuzu niyə qaytarmır? Mədət Quliyevin qəbuluna gedirik, bizi qəbul etmir. Bütün cinayətkarlığa Mədət Quliyev göz yumur. Insan həyatı ilə alver edirlər. Bunlar Allahdan qorxmurlar? Əliyalın adamların üzərinə yox, erməninin üzərinə ordu göndərmək lazımdı".

“Tubzon”da saxlanılan digər məhbus Araz Quliyevin qardaşı Anar Quliyev də “Azadlıq”a açıqlamasında qardaşının işgəncəyə məruz qaldığını bildirdi: “Çox çətinliklə görüş ala bilmişik. Görüşəndə onun yanında 6-7 nəfər ”nadzor" var idi. Açıq şəkildə görünürdü ki, onu döyüblər və baş verənləri danışmaması üçün nəzarət edirlər. Özünü ayaq üstə zorla saxlayırdı. Sonradan 2 dəfə getsək də, görüş vermədilər. Deyirlər ki, ayın 12-də görüş veriləcək. Deyilənə görə, bəzi dustaqlardan təzyiqlə ifadə alıblar. Amma mənim qardaşımdan ifadə alınmayıb".

Göründüyü kimi, açıq şəkildə işgəncə ilə öldürülmüş Elşad Babayevin qatillərini cəzalandırmaq, baş verənlərə görə insanlardan üzr istəmək əvəzinə, bu qətli pisləyənlərə zülm edilir. Ölkə başçısı Ilham Əliyevin sonuncu müşavirədə məmurları hədələməsindən sonra, məmur özbaşınalığı, vətəndaşa münasibət pisləşməkdə davam edir./azadlıq/
787 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.