Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Fevral 2015

"3 aydır ki, maaş almırıq"

Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən “Lapera” tikiş sexində çalışan işçilər rəhbərlikdən şikayət edir.

Tikiş sexinin sahibi Vüqar Mehdiyev 3 aydır ki, işçilərin maaşını vermir.

Yaxın qohumunun sözügedən müəssisədə çalışdığını deyən Vasif Sədərov əməkdaşımıza bildirib ki, rəhbərlik pulun olduğunu, lakin verilmədiyini açıq şəkildə bildirib:

“Dolanışığımız çətindir. Yaxın qohumum həmin tikiş sexində çalışır. 3 aydır ki, maaş ala bilmir. Müdir açıq şəkildə bildirib ki, pul var, amma vermirəm. Məgər bu ölkədə qanun yoxdur? Niyə hər sahibkar işçiləri ilə necə istəyirsə, elə də davranır?”

V.Səfərov bildirib ki, V.Mehdiyev işçilər qarşısında tələb qoyub:

“O, işçilərə deyib ki, bir işçi həftə ərzində 1800 ədəd alt paltarı tikərsə, onun maaşı veriləcək. Planı doldura bilməyən işçilərin isə maaşı verilməyəcək. Dünən 3-4 nəfərin maaşının yarısını verdi. Amma digər işçilər hələ də maaşını ala bilməyib”.

Məlumatı təsdiq edən sahibkar V.Mehdiyev mart ayına qədər maaşları verəcəyini dedi:

“Mart ayına kimi bütün işçilərin maaşı veriləcək. Dünya dağılmır ki? Bir az dözsünlər. Elə zənn etsinlər ki, heç işləməyiblər”.

İşçilərin verdiyi məlumata görə, sahibkar işə götürdüyü işçilərlə əmək müqaviləsi də bağlamır. Belə olan təqdirdə qanunsuz fəaliyyət göstərən istehsal müəssisəsinin vergidən yayınma hallarına yol verməsi də istisna olunmur./axar/
789 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 18:43