Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Fevral 2015

Qurdları salır, stressin qarşısını alır, ürəyi qoruyur

Balqabaq tumunun faydalarını saymaqla bitir. İmmun sistemini gücləndirir, yaddaşı qüvvətləndirir, stressin qarşısını alır. Bədən sağlamlığını qorumağa kömək edir. Ürəyin ən yaxşı dostu olan bu qidanın faydalarını oxuyanda qida rasionunuzdan əskik etməyəcəksiniz...

İmmun sistemini gücləndirir

Tərkibi sinklə zəngin olan balqabaq tumu immun sistemini gücləndirir və virusların orqanizmə daxil olmasının qarşısını alaraq soyuqdəymədən qoruyur. Soyuq qış günlərində xəstəliklərdən qorunmaq üçün balqabaq tumunu qatıqla və ya salata qarışdıraraq yemək olar. Balqabaq tumu nahardan sonra çərəz kimi də yeyilir.

Ürək sağlamlığını qoruyur

Balqabaq tumu zəngin maqnezium qaynağıdır və gündəlik maqnezium ehtiyacını qarşılayar. Magnezium ürək funksiyalarının yaxşı işləməsinə kömək edir, sümük-diş sağlamlığını qoruyur, bağırsaq və qan damarlarının funksiyalarının yaxşılaşdırır. Maqnezium eyni zamanda infarkt və iflic kimi xəstəliklərin də qarşısını alır.

Klimaks simptonlarını azaldır

Klimaksın səbəb olduğu hərarət və yuxusuzluqdan balqabaq tumu sayəsində xilas ola bilərsiniz. Təbii bir fitoestrogen (bitki mənşəli estrogenik təsirə malik kimyəvi maddə) ehtiva edən balqabaq tumu klimaksın yaratdığı narahatlıq əlamətlərini azaldır. Aparılan araşdırmalarda fitoestrogenın qan təzyiqini, yüksək hərarəti, baş ağrısını və klimaksın səbəb olduğu digər simptomları azaltdığı bildirilir.

Yaddaşı gücləndirir

Balqabaq tumu beyin sağlamlığı üçün çox əhəmiyyətlidir. Bir ovuc balqabaq tumu gündəlik sink ehtiyacını qarşılayır, yaddaşı gücləndirir.

Stressin qarşısını alır

Sakitləşməyə ehtiyac duyduğunuz anlarda balqabaq tumunun yaxşı təsir göstərdiyini bilirdinizmi? Balqabaq tumunun tərkibindəki qlutamin turşusu stressin, narahatçılığın qarşısını alır və sakitləşməyə yardım edir.

Daha yaxşı yatmağa kömək edir

Balqabaq tumu həm də bir növ amin turşusu olan triptofandan ibarətdir. Triptofan orqanizmdə serotonin və melatonin hormonunu ifraz edir. Dolayısı ilə gecə rahat şəkildə yatmağa kömək edir. Yatmazdan əvvəl balqabaq tumu yeyin və yuxusuz gecələrə əlvida deyin.

Antienflamatuvar (iltihab önləyici) xüsusiyyəti var

Çiy balqabaq tumu və yağının antienflamatvar (iltihab önləyici) xüsusiyyəti var və bədən sağlamlığı üçün çox əhəmiyyətlidir. Balqabaq tumu oynaq iltihabını müalicə edir. Uzun illərdir ki, parazitləri məhv etmək üçün istifadə edilən balqabaq tumu orqanizmdən bağırsaq qurdlarını xaric edir.
914 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
29.11.16,