Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Fevral 2015

Qəmlonun oğlu vəfat etdi

İmişli rayonunun Göbəktala kəndində yaşayan müharibə və əmək veteranı İbrahim İsmayılov vəfat edib. Mərhum “Axırıncı aşırım” filmindən tanınan Qəmlonun (əsil adı Qəmbəralı olub) oğlu olub.
Qeyd edək ki, İbrahim İsmayılov 1926-cı ildə ovaxtkı Ermənistan SSR-in Qarabağlar rayonunun Məngük kəndində doğulub.
İnstituta daxil olmaq istəyərkən Qəmlonun oğlu olduğuna görə sənədləri qəbul edilməyib. Atası ömrünün sonunadək Şura hökumətinə boyun əyməsə də, onu 1944-cü ildə həqiqi hərbi xidmətə çağırıblar. Berlinədək döyüş yolu keçən İbrahim İkinci Dünya müharibəsi qurtarandan sonra daha 2 il dağılmış şəhərlərin bərpasında iştirak edib.

1949-cu ildə Ermənistanda yaşayan minlərlə azərbaycanlı kimi, İbrahimin ailəsi də Azərbaycana deportasiya olunub. O, 30 il yanğından mühafizə idarəsində işləyib. 8 övladı olub, onlardan biri vəfat edib.

İbrahim İsmayılov İmişli rayonunun Göbəktala kəndindəki el qəbiristanlığında dəfn edilib. Qəmlonun həyat yoldaşı Teyfə, qızı Mafərə də burada uyuyur.
859 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber