Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Fevral 2015

Dünyanı qorxudan qərar

Risiyanın 6 regionunda səyyar ballistik raket qurğuları döyüş vəziyyətinə gətirilib.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin Strateji Raket Qüvvələri üzrə nümayəndəsi polkovnik İqor Yeqorov məlumat verib.

Onun sözlərinə görə, söhbət “Topol”, “Topol M” və “Yars” mobil raket qurğularından gedir.

O, qış patrul xidmətinin müddəti bu il təqribən 1 ay uzadılacağını deyib və həmin regionların adını açıqlamayıb.

Ekspertlərin fikrincə, Rusiyanın bu qərarı müharibəyə hazırlıq mesajıdır. Ukraynada vəziyyətin günbəgün gərginləşməsi, əsgər ölümlərinin artması və bu məsələlərə ABŞ və NATO-nun kəskin reaksiyası Moskvanı belə addım atmağa vadar edir.

Xatırladaq ki, NATO baş katibi Yens Stoltenberq Brüsseldə Alyansa üzv ölkələrin müdafiə nazirləri səviyyəsində keçirilən iclasdakı açıqlamasında hərbi təşkilatın "soyuq müharibə" başa çatan kimi öz hərbi imkanlarını ən üst səviyyədə genişləndirməyə başlayacağını, Şərq tərəfdaşlarının ərazisində 6 komanda mərkəzi yaradacağını bildirib./ans/
1041 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı