Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Fevral 2015

Putindən nüvə savaşı təlaşı

ABŞ-la Rusiya nüvə müharibəsi astanasındadır.

Bu barədə “Politika” fondunun prezidenti Vyaçeslav Nikonov bildirib. Onun fikrincə, ölkələr hərbi toqquşmaya çox yaxınlaşıb.

Rusiyanın nüvə silahına əla ata biləcəyi barədə fikirlər bu ölkənin KİV-lərində və ekspert müzakirələrində tez-tez səsləndirilir. Bu fikir Rusiyanın keçən ilin sonunda qəbul etdiyi hərbi doktrinada da vuğulanır. Doktrinaya görə, Rusiyanın özünə və ya müttəfiqlərinə nüvə və ya qeyri-nüvə hücumu olarsa, Moskva nüvə silahından istifadəyə qərar verə bilər.

Amma ABŞ-ın bu gün dərc olunmuş yeni milli təhlükəsizlik strategiyasında isə bildirilir ki, nüvə silahına yalnız milli təhlükəsizliyə böyük hədə olan zaman mürajiət edilə bilər. Ağ Ev belə təhlükənin Rusiyadan çox, İrandan gələ biləcəyini düşünür.
949 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:21