Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Fevral 2015

Azərbaycanda kişilər arasında ölüm cavanlaşır

Azərbaycanda kişilər arasında 50 yaşdan sonra ölüm halları artmağa başlayıb. Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2000-ci ildə ölkədə 50-54 yaşlı 1208 kişi dünyasını dəyişdiyi halda, 2012-ci ildə bu rəqəm 2508, 2013-cü ildə 2524 olub.

2000-ci ildə 55-59 yaşı olan 1302, 2012-ci ildə 2733, 2013-cü ildə 2806 kişi ölüb.

Azərbaycanda 60-64 yaşlı kişilər arasında ölüm halları 2000-ci ildə daha çox – 3307 olsa da, sonrakı illərdə bu göstərici azalmağa doğru gedib. Buna baxmayaraq, 2000-ci illə müqayisədə az olsa da, son illərdə 60-64 yaşlı kişilər arasında ölüm halları artır. Belə ki, 2011-ci ildə 2453, 2012-ci ildə 2725, 2013-cü ildə 2811 60-64 yaşlı kişi dünyasını dəyişib.

Ümumilşikdə götürdükdə isə Azərbaycanda kişilər arasında ölüm halları daha çox 70-79 yaş arasında baş verir. Buna baxmayaraq, son illərdə 70-74 yaşlı kişilər arasında ölüm halları azalıb. 2010-cu ildə bu yaşda olan kişilər arasında 4473 ölüm baş verdiyi halda, 2012-ci ildə bu rəqəm 3974, 2013-cü ildıə 3273 olub.

Son illərdə 75-79 yaşlı kişilər arasında ölüm hallarının sayında ciddi dəyişiklik baş verməyib. 2012-ci ildə 4431, 2013-cü ildə 4420 kişi bu yaşda dünyasını dəyişib.
952 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber