Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Fevral 2015

NATO geri çəkildi

Şimali atlantika Təşkilatına daxil olan dövlətlər Ukraynaya silah ixrac etməyəcəklər.

Bu barədə Çexiyanın müdafiə naziri Martin Stropnitski açıqlama verib.

"NATO qərarının əleyhinə olaraq alyansa üzv olan dövlətlərdən birinin Ukraynaya silah ixrac etməsini təsəvvür etmək çox çətin olar", - deyə o, əlavə edib.

Stropnitski həmçinin onu da qeyd edib ki, o, NATO-nun Ukraynaya silah ixrac etməkdən imtina etməsini dəstkləyir.

"Ukraynaya silah ixrac olunması vəziyyəti daha da gərginləşdirəcək. Bunu isə heç kim istəmir", - deyə o, bildirib.

Qeyd edək ki, bundan əvvəl İtaliya, Macarıstan və Almaniya Ukraynaya silah ixrac etməkdən imtina ediblər. ABŞ isə bu mövzu ilə bağlı son qərarını uzadır.
1238 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber