Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Fevral 2015

Cavanlığın ömrünü uzatmaq istəyirsinizsə...

Hər bir insan cavanlığının ömrünü uzatmaq istəyir. Yaşın üstə yaş gəldikcə bu istək daha da artır. Bəs bu istəyi necə reallaşdırmalı? Çox sadə bir üsul bu istəkdə olanları heyrətləndirəcək.

Cavanlığınıza yeni bir ömür vermək istəyirsinizsə sarmısaq suyu sizin köməyinizə çatacaq. Sarmısaq suyunu hazırlamaq çox sadə və asandır. Bunun üçün sarmısaqdan istifadə etdikdən sonra onun qabıqlarını atmayın. Bur qaba yığıb saxlayın. Bu möcüzəvi suyu hazırlamaq üçün bir stəkan suyu qaynadın. Su qaynadıqdan sonra 2-3 dəqiqə gözləyin ki, su çox da qaynar olmasın. Bundan sonra onun üzərinə bir ovuc ağ sarmısağın qabığını əlavə edin və təxminən 6-8 saat gözləyin. Bu müddətdən sonra sarmısaq suyu hazırdır.

Sarmısaq suyunu gün ərzində 4 stəkan qəbul edin. Kişilər bu suyu istənilən bir ayın 10-dan 20-nə kimi, qadınlar isə 20-dən 30-na kimi qəbul etməlidirlər. Bu suyu isti, hətta ilıq şəkildə içmək qəti yolverilməzdir. Mütləq şəkildə soyuq halda qəbul edilməlidir.

Vaxt məhdudiyyəti olarsa sarmısaq suyunu əvvəlcədən də hazırlaya bilərsiniz. Yəni hər dəfə bir stəkan hazırlayıb 6-8 saat vaxt itirməmək üçün gündəlik normanı hazırlayın. Bunun üçün 4 stəkan su və 4 ovuc sarmısaq qabığından istifadə etməlisiniz.

Sarmısaq suyunun qəbulundan sonra siz orqanizminizdəki müsbət dəyişikliklərin, xüsusilə dərinizin inanılmaz dərəcədə gözəlləşməsinin şahidi olacaqsınız.
1188 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı