Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Fevral 2015

Kim Çen In yeni raketi sınaqdan keçirdi

Şimali Koreya lideri Kim Çen In gəmi əleyhinə raket sınağında iştirak edib.

Bu haqda məlumatı Reuters agentliyi yayıb.

O, sınaqda hərbçilər və alimlər qarşısında ölkənin milli müdafiəsinin təmin edilməsi üçün elmi araşdırmaların davam etdirilməsini bir tələb kimi qoyub.

Yeni raket su üzərində yüksək sürət yığaraq istənilən maneələri dəf etmək gücünə malikdir. Raketin bu yaxınlarda Şimali Koreya hərbi-dəniz qüvvələrinə veriləcəyi gözlənilir.

Bir müddət öncə bu ölkənin lideri Kim Çen In bəyan edib ki, o, ABŞ-la danışıq masası ətrafında oturmayacaq. Gənc prezident əksinə ABŞ-ı nüvə silahı ilə təhdid edib.
962 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 09:39