Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Fevral 2015

İŞİD-çilər kimlərdir?

ABŞ-da İŞİD haqda yeni kitab nəşr olunub. “Terrorçular ordusu daxilində İŞİD” adlı bu kitabda göstərilir ki, İŞİD liderləri özlərindən qabaqkı terror təşkilatlarının səhvlərini təkrarlamadan İraq və Suriya daxilində güclü bir baza qurmağa çalışırlar.
Kitabın müəlliflərindən olan suriyalı jurnalist Həsən Həsən deyir: “İŞİD-in aparıcı qüvvələrinin əksəri Səddam Hüseynin zabitləri və təhlükəsizlik əməkdaşlarıdır. Onlar özlərini qorxunc təşkilat kimi göstərir və bütün dünyanı əhatə edəcək xilafət dövrünün çatdığını bildirirlər. İŞİD yeni üzvlərinə dini, hərbi və siyasi təlimlər keçir, əks-kəşfiyyat sirlərini öyrədir, şəriət məmurları onların kobud rəftarlarını dini mətnlərlə əsaslandırırlar”.

Jurnalistin dediyinə görə, İŞİD aşağıdakı qruplardan təşkil olunub:

Radikal komandirlər
Maddi maraq güdənlər
Sabitlik arzusunda olan praqmatistlər
Yanlış və təhlükəli düşüncələrə malik xarici vətəndaşlar
Orta Şərqdə şiələrin nüfuzundan narahat olub xilası İŞİD-də görənlər.


Nur-az.com/mashreghnews
1048 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı