Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Fevral 2015

İnfarktdan qoruyan meyvə

Naringi qışın ən çox sevilən və istifadə edilən meyvələrdindən biridir. Şəfa qaynağı olan naringi bir çox xəstəliklərdən qoruyur. Onun hətta xərçəngdən müdafiə xüsusiyyəti belə var.

Qış aylarında orqanizmin xəstəliklərə qarşı müvazinətini gücləndirir. C vitaminin əsas mənbələrindən biridir. 1 stəkan naringi günlük C vitamini tələbatının yarısını ödəyir. Vu vitamin sağlam dəri və hüceyrələr üçün vacibdir.
- C vitamini ağciyər, süd vəzi, mədəaltı vəz, yemək borusu və mədə xərçəngi kimi bəzi xərçəng növlərinin yaranmasına mane olur
- Bədənin kollagen sintezini üçün həyati əhəmiyyətə malikdir. Kollagen yaraların sürətlə sağalmasına kömək edir.
- Mineralların sovrulmasını artırır.

Naringinin tərkibindəki bol A vitamini göz sağlamlığı, sağlam sümüklər və heceyrələr üçün vacibdir. Bu meyvə iltihab yaranması riskini də yarıbayarı azaldır.

B vitamini ilə zəngin naringi yeni hüceyrə yaradır və onların sağlam qalmasına kömək edir.

Bu meyvə xəstəlikləri neytrallaşdıran antioksidant təsirə malikdir. Nobiletin flavonoidi piylənmə ilə mübarizə aparır, diabetlə savaşır, xolestrolu salır. Qaraciyər xəstəlikləri və damar sərtləşməsinin qarşısını alır.

Diabet riski, ürək xəstəlikləri, yüksək xolestrol riskini azaldır, yaddaşı gücləndirir. Yaşlaşdıqca meydana çıxa biləcək sümük əriməsi riski ilə mübarizə aparır. Yüksək qan təzyiqini tənzimləyir, infarktdan qoruyur.

Naringi hava kirliliyindən, siqaretin zəhərinin, kimyəvi və günəş şüalanmasının mənfi təsirlərini azaldır.

Naringiyə dietik meyvə də demək olar. Çünki o uzun müddət tox saxlayır. Kalori qəbulunu azaldır.
868 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber