Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Fevral 2015

Xarabaxana xəstəxana - Foto

İmişli rayon Qaradonlu kənd xəstəxanası bərbad vəziyyətdədir. Bu xəstəxanada əhaliyə istənilən səviyyədə tibbi xidmət göstərmək mümkün deyil.

Qeyd edək ki, 3 korpusdan ibarət olan xəstəxana binalarından biri ötən əsrin 30-cu, ikisi isə 60-cı illərdə tikilib. Xəstəxana isə 1981-ci ildə bura köçürülüb. O vaxtdan illər ötsə də, xəstəxanada bir dəfə də olsun əsaslı təmir işləri aparılmayıb. Artıq istismar müddətini başa çatıb.

Bunlardan beşi doğum, beşi uşaq və bir o qədər də terapevt şöbəsinə aiddir. Xəstəxanada müasir tibb avadanlıqlarının çatışmaması, şəraitsizlik həkimləri də çıxılmaz vəziyyətdə qoyub.

2012-ci ildə xəstəxana korpuslarından birinin yanması vəziyyəti bir qədər də çətinləşdirib. 44 nəfər həkimi və tibb işçisi olan xəstəxanada xəstələrin müayinə və müalicəsi yalnız bu iki yararsız korpusun ümidinə qalıb.

İmişli rayon İcra Hakimiyyətindən bildirilib ki, artıq smeta-layihə hazırlanıb. Xəstəxana binasının 2014-2018-ci il Dövlət Proqramı çərçıvəsində yenidən tikiləcəyi gözlənilir./ans/



841 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
Go to TOP