Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Fevral 2015

Suriya ordusunun müvəffəqiyyətləri davam edir

Suriya ordu qüvvələrinin Dəməşq və Hums şəhərləri ətrafında müvəffəqiyyətləri davam edir!

Nur-az.com-un farsnews.com-a istinadən:
Son məlumatlara görə, Suriya ordu qüvvələri Dəməşq ətrafı məntəqələrdə, xüsusilə, Duma şəhəri və “Cubər” ətrafında həyata keçirdiyi əməliyyatlar daha artıq vüsət alıb. Belə ki, hərbi hava təchizatının vasitəsilə adı çəkilən məntəqələrdə, o cümlədən, Duma şəhəri ətrafında “Təll əl-Səvan” və “Təll Kurdi” istiqamətlərində yerləşən terrorist qruplarının mövqeləri bombardman edilib.

Qeyri-rəsmi məlumatlara üzrə Suriya piyada qoşunlarının da həmin məntəqələrdə irəliləyişi xəbər verilir və həmçinin şiddətli döyüşlər aparmaqla torrorist qruplarının düşərgələrini mühasirəyə ala bildiyi vurğulanır. Odur ki, terroristlərin Dəməşqlə Duma şəhərləri arasındakı əsas əlaqə-rabitə yolları kəsilməklə bir çox hərbi düşərgə və təchizat anbarlarını itirdiyi qeyd edilir.

Döyüşlərin gedişatı və ardıcıl əməliyyatlar göstərir ki, ordu qüvvələri, top artilleriyası və hava-piyada qoşunları qeyd edilən məntəqələrdə geniş strateji istiqamət üzrə hərəkət edir.
Suriyanın mərkəzi Hums şəhəri ətrafı döyüşlərdə də, ordu qüvvələri İŞİD-in bir çox mövqelərinə güclü zərbələr endirməklə terrorist ünsürlərin çoxlarını qətlə yetirib, onların şəhər ətrafı düşərgələri arasındakı rabitələrini qırmaqla yeni əməliyyatlarının qarşısını ala bilib.
982 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP