Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Oktyabr 2013

Lənkəran-Lerik yolunda torpaq uçqunu: hərəkət dayandı

Son iki gün müddətində yağan intensiv yağışlar Lənkəran-Lerik yolunun 17-ci kilometrliyində torpaq uçqununa səbəb olub.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün səhər saat 7.00 radələrində qeydə alınıb.

Dağdan qopan torpaq uçqunu eni 6 metr olan şose yolunun tamamilə bağlanmasına səbəb olub. Nəticədə yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Lerik rayon 43 saylı Yol İstismar İdarəsinin ağır texnikası və canlı qüvvəsi hadisə yerinə cəlb olunub. Onların səyləri sayəsində yolda nəqliyyatın hərəkəti qismən bərpa olunub.

Hazırda bərpa-təmizlənmə işləri davam etdirilir.
1611 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber