Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Fevral 2015

“Türkiyədən üzr istəməyimiz yanlış idi”

“Mavi Mərmərə” olayı ilə bağlı Türkiyədən üzr istəməyimiz yanlış idi”.

Bu barədə işğalçı İsrailin qondarma Xarici İşlər naziri sionist Aviqdor Liberman bildirib.

Türkiyənin Münhen Təhlükəsizlik Konfransından İsrailin iştirak etməsinə görə geri çəkilməsinə münasibət bildirən Liberman Baş nazir Binyamin Netanyahunu tənqid edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı da tənqid edən Liberman sözlərinə belə davam edib:

“Türkiyə Ərdoğan tərəfindən idarə edildiyi müddətcə İsraillə münasibətlərin normallaşması ehtimalı mümkünsüzdür. Ərdoğan Türkiyəsi hücum edib, İsraili qızışdırmaq istəyir. İsrail buna uyğun davranmalı və öz maraqlarını qorumalıdır”.

Xatırladaq ki, İsrailin ideoloqlarından sayılan Liberman türklərə və Türkiyəyə kəskin münasibəti ilə seçilir. O, hələ bir müddət öncə Türkiyənin bu ölkədəki səfirini öz otağında qəbul edərkən olduqca kiçik stulda əyləşdirmiş, yəhudi dilində yerli jurnalistlərə isə “bu mənzərəyə və səfirin mənimlə ünsiyyətdə hansı səviyyədə oturdulması məqamına diqqət edin” deyə, səfiri aşağıladığını açıq-açığına bildirmişdi./axar/
978 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP
</