Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Fevral 2015

Bakı gözləyir: qubalılar isə almanı çaya tökür

Qubalı fermerlər alma satışının zəif olması səbəbindən məhsullarını çaylara tökür.

Regional TV bildirir ki, meyvənin yığımından 4 aydan çox vaxt keçsə də, bağbanlar tədarük edilən məhsulun satışında ciddi problemlərin olduğunu bilidirir. Meyvənin əsas satış bazarlarından sayılan Rusiyada rublun düşməsi, ölkə daxilində isə alıcılıq qabiliyyətinin aşağı olması tonlarla məhsulun tədarük məntəqələrində çürüməsinə səbəb olur. Havanın isti keçməsi isə meyvənin yararsız vəziyyətə düşməsi ilə nəticələnir.

Hazırda 1 kq almanın Qubada 10-15 qəpiyə satıldığı bildirilir. Bağbanların sözlərinə görə, alış qiyməti meyvənin yetişdirilməsinə və saxlanılmasına çəkilən xərcləri heç cür ödəmir.

Xatırladaq ki, Bakıda Quba almasına tələbat heç də az deyil. Xaricdən gətirilən almalardansa, əhali daha keyfiyyətli olmasına və qiymətinə görə yerli almalara üstünlük verir. Həm də Bakı bazarlarında Quba alması heç də ucuz qiymətə satılmır.

Məhsul yetişdirənlərin Rusiya bazarları ilə illərlə qurduqları əlaqə də bu məsələdə öz sözünü deyir. Hazırda şimal qonşumuzda yaşanan iqtisadi gərginlik qubalı sahibkarlardan daxili bazarlara diqqəti artırmağı tələb etsə də, buna maraqlı olmamaları həm paytaxtda Quba almasının bahalığına, həm də sahiblarların məhsulunun zay olmasına gətirib çıxarır.
1028 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı