Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Fevral 2015

Kadırov Saakaşvilini “təlxək” adlandırdı

Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilini lağa qoyub.

Kadırov Ukrayna ordusunun bütün Rusiyanı tuta biləcəyini deyən Saakaşvilini “Instagram” səhifəsində “təlxək” adlandırıb.

“Saakaşvili ölkəni düzəltmək əvəzində qalstukları yeyirdi. Və ən vacibi Gürcüstanın ərazisini iki dəfə azaltdı. Bu oyunbazı ölkəsinin polis axtarır. Amma Rusiyaya necə qalib gələcəyi barədə Ukraynaya məsləhətlər verir. Ukrayna prezidenti Pyotr Poroşenko təlxək olmalıdır ki, bu təlxəyə qulaq asır?” – Kadıron qeyd edib.

Çeçenistan prezidentinin sözlərinə görə, Rusiyanı hələ heç kəs və heç vaxt tuta bilməyib: “Saakaşvili və Poroşenko buna müvəffəq olmayacaq. Əgər Moskva bir dəfə ayağını yerə bərk vursa, onlar Kanada sərhədinə kimi qaçacaqlar”.

Gürcüstanın sabiq prezidenti fevralın 7-də bildirib ki, Ukraynanın silahlı qüvvələri Rusiyanı tutmağa qadirdir. Onun fikrincə, köhnəlmiş tank əlehinə silahlar Ukrayna ordusunun əsas çatışmazlığıdır. Saakaşvili qeyd edib ki, yeni silahlar ABŞ-da var və onların Ukraynaya çatdırılması halında hər şey tamamilə başqa cür olacaq”./publika/
952 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber