Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Fevral 2015

Adi çayın müalicəvi xüsusiyyətləri

Gündə içdiyimiz adi qara çay həmçinin çox effektli profilaktik və müalicəvi vasitədir.

Çayın tərkibində "kofein" maddəsi var. Bu maddə sinir sistemin fəaliyyətini yaxşılaşdırır, əqli və fiziki fəallığı artırır, yorğunluğu aradan qaldırır, orqanzmə tonuslaşdırıcı təsir edir, əhval-ruhiyyəni yaxşılaşdırır.
Arterial təzyiqinin enməsi zamanı tünd çay təzyiqin normallaşmasına kömək edir. Belə vəziyyətlərdə tünd çayı təcili yardım vasitəsi kimi istifadə etmək olar.

Çay damarları genişləndirir, damarların spazmızı aradan qaldırır. Çayın bu faydalı xüsusiyyəti onu baş ağrıları zamanı (xüsusilə miqren zamanı) çox təsirli müalicəvi vasitə edir. Başınız ağrıyırsa 1 fincan təzə çay için və bir qədər uzanın. Bir müddətdən sonra siz ağrının azalmasını hiss edəcəksiniz.
Mədə və bağırsaq spazmları zamanı da təzə çay çox yaxşı kömək edir.

Çay "katexin" adlandırılan maddələrlə zəngindir. Bu maddələr çox güclü antioksidant sayılır. Onlar orqanizmdə hər gün əmələ gələn və orqanizmin hüceyrələrinə dağıdıcı təsir edən sərbəst radikalları məhv edir. Bundan əlavə bu maddələr orqanizmı ağır metallardan təmizləyir, kapilyarların divarlarını bərkidir, qanda xolesterinin səviyyəsini azaldır, artıq çəki ilə mübarizə aparır.

Çay sidikqovucu təsir edir.
Çay büzücü təsirinə malikdir. Bu səbəbdən damaqların xəstəlikləri zamanı təzə çayla ağız boşluğunu qarqara etmək yaxşıdır. Bu damaqları möhkəmlənmədirir və damaqların qanamasını azaldır.
Soyuqdəymə zamanı isti çay limonla və ya moruq mürəbbəsi ilə sınanmış müalicəvi vasitə kimi istifadə olunur. Belə çay xəstənin vəziyyətini yaxşılaşdırır, tərlədir, hərarəti salır.
Gözlərin yorulması, qızarması və şişməsi zamanı pambıq diskləri təzə çayda isladın və gözlərin üzərinə qoyun. Bu sadə vasitə çox yaxşı kömək edir.

Nəzərinizə çatdıraq ki, yalnız təzə dəmlənmiş çay orqanizmə müalicəvi təsir edə bilər. Dəmləndikdən 1 saat sonra çayda olan bir çox faydalı maddələrin miqdarı kəskin azalır.

Çay kosmetologiyada da istifadə olunur - dərinin məsamələrini daraldır, saçların tökülməsinin qarşısını alır, kəpəklə mübarizə aparır. Saçlarınız tökülürsə, hər yuyulmadan sonra saçlarınızı təzə çayla yaxalayın və sonra qurudun (su ilə yaxalamaq lazım deyil)./Saglamolun/
844 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber