Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Fevral 2015

İŞİD 16 nəfəri yandırdı

İŞİD terorçu qruplaşmasının döyüşçüləri İraqda qruplaşma ilə əməkdaşlıq etməkdən imtina etmiş 16 insanı diri-diri yandırıb.

Döyüşçülərin cinayətləri haqqında Mosul şəhər administrasiyasının nümayəndəsi Muvaffak Həmid əl-Azavi bildirib.

Onun sözlərinə görə, İŞİD terorçu qruplaşması tərəfindən tutulmuş Mosul şəhəri "açıq səma altında həbsxanaya oxşayır".

“Şəhərdə nizamsızlıqlar baş verir, yerli sakinlər İŞİD döyüşçüləri tərəfindən müxtəlif növ işgəncələrə məruz qalırlar və əzab çəkirlər”, -deyə Press TV telekanalının xəbərində deyilir.

Əl-Azavi qeyd edib ki, şəhərdə bəzi elmi işçilər və hətta ruhanilərin nümayəndələri İŞİD-lə əməkdaşlıq edirlər./ans/
846 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto
17.08.17, 09:47
Rusiyadan İrana dəstək
16.08.17, 11:14
PKK türk əsgərini vurdu
16.08.17, 08:00
"Qarabağ" qalib gəldi