Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Fevral 2015

Əbu Bəkr Bağdadi yerini dəyişib

Nur-az.com-un alsumaria.tv/news-a istinadən:
Neynəva vilayətindən əldə edilən qeyri-rəsmi mənbələrdə İŞİD-in rəhbəri Əbu Bəkr Bağdadinin dəstənin neçə baş üzvləri ilə bərabər Suriyanın “əl-Riqqə” məntəqəsindən İraqın Neynəva vilayətinə yerini dəyişdiyi bildirilir.

Xəbərdə qeyd edilir ki, onun hava hücumlarından qorunmaq üçün bu vilayətdə neçə yerdə gizli pənahgahı var. Hadisəni öz gözləri ilə müşahidə edənlər avtonəqliyyatlardan ibarət böyük karvanın Neynəvaya girişindən sonra Əbu Bəkr Bağdadinin maşınların birindən yerə enərək şəhərin mərkəzindəki terrorist düşərgələrindən birinə daxil olduğunu bildirirlər.

Halbuki, ötən bazar ertəsi Azad Zabitlər Hərəkatının sabiq komandiri general Abdulla Həmdan əl-Şimri demişdir ki, çox güman ki, Əbu Bəkr Bağdadi Musil şəhərindən Suriyaya qaçıb.
736 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 11