Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Fevral 2015

Rusiyadan qəfil həmlə

Kipr respublikası ərazisində Rusiyanın aviasiya və hərbi-dəniz bazalarının yerləşdirilməsinə hazırdır.

Bu barədə Kipr prezidenti Nikos Anastaziadis açıqlama verib.

Anastaziadis bildirib ki, Rusiya və Kipr arasında hərbi sahədə saziş onun fevralın 25-də Moskvaya səfəri zamanı imzalanacaq.

"İki ölkə arasında hərbi əməkdaşlıqla bağlı köhnə saziş mövcuddur. Bu saziş yenilənməlidir. Yeni saziş imzalanarkən bir sıra əlavə dəyişikliklər ediləcək. Hərbi sahədə Fransa və Almaniya ilə də imzalamışıq", deyə - prezident bildirib.

Rusiya aviabazası adanın cənub-qərbində yerləşən beynəlxalq hava limanından da istifadə edəcək.

Qeyd edək ki, Hava limanının 50 kilometrliyində Böyük Britaniyanın aviabazası yerləşir./ans/
719 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.01.17, 12:02
15 günə 19 intihar
18.01.17, 09:18
AP-nin yeni sədri seçildi
16.01.17, 22:26
CHP son yola əl atır