Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Fevral 2015

Suriyaya gedən müxbirin pasportunu əlindən aldılar

Yaponiya hökuməti Suriyaya ezamiyyətə getmək istəyən foto-müxbirin pasportunu müsadirə edib. Bundan əvvəl hökumət nümayəndəsi və polis orqanları 58 yaşlı Yuichi Suqimotoya Suriyaya getmməsi istiqamətində xəbərdarlıq edib. Suqimotonun qərarından dönmədiyini görən hökumt rəsmiləri ona qarşı sanksiyaya qərar verib və foto-müxbirin pasportu əlindən alınıb.

Məqsədinin sadəcə xəbər hazırlamaq olduğunu, İŞİD-in nəzarəti altında olan yerlərə getməyəcəyini deyən Suqimoto başına gələnləri söz azadlığının pozulması kimi dəyərləndirib.

“Fevralın 27-də İstanbula, sonra da Suriyaya gedərək 12 martda ölkəmə qayıtmağı planlaşdırırdım. Onsuzda təhlükə hiss etdiyim anda geri qayıdacaqdım”.

Xatırladaq ki, yaxın vaxtlarda İŞİD terrorçuları girov saxladıqları 2 yapon jurnalisti öldürmüş, baş nazir Şinzo Abe ağlayaraq verdiyi bəyanatda onların intiqamının alınacağını demişdi./ans/
752 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 16:38