Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Fevral 2015

Misirdə futbol vaxtı dəhşət

Misirin paytaxtı Qahirədə futbol azarkeşləri ilə polis arasında çox sayda insanın ölümü ilə nəticələnən insident baş verib. Komandalardan birinin bir qrup azarkeşinin stadiona biletsiz girməyə cəhd etməsi səbəb olub. Hadisə zamanı ən azı 22 nəfərin öldüyü, bir o qədər də insanın xəsarət aldığı bildirilir.

Faktla bağlı açıqlama verən Daxili İşlər Nazirliyi çox sayda azarkeşin zorakılıq yoluyla stadiona girməyə çalışdığını bildirib:

“30 iyun Hərbi Hava Donanması stadionunda keçirilən futbol qarşılaşmasını izləmək üçün çox sayda “Zamalek” azarkeşi gəlib və onlar zorakılıq yoluyla qapıları açmağa çalışıblar. Təhlükəsizlik qüvvələri stadionun məruz qaldığı bu hücumun qarşısını almaq üçün hadisəyə müdaxilə edib” – deyə DİN-in açıqlamasında bildirilir.

Hadisədən sonra Misir hökuməti fövqəladə müşavirə keçirməyə qərar verib.

Xatırladaq ki, 2012-ci il fevralın 1-də Misirin Port Səid şəhərindəki futbol qarşılaşması zamanı qarşıdurma baş vermiş və insident zamanı 74 nəfər dünyasını dəyişmişdi./ans/
801 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber