Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Fevral 2015

"Nüvə anlaşması pis və yarımçıq olacaqsa, olmaması daha yaxşıdır"

“Yerinə yetirilməsi mümkün olan nüvə anlaşması ilə razıyam. Amma pis anlaşma ilə razı deyiləm. Amerikalılar pis anlaşmanı istəmədiklərini deyirlər. Biz də belə bir nüvə anlaşmasını istəmirik. Bizim milli mənafeyimizə zidd olan və bizi alçaldan nüvə anlaşmasının, elə olmaması yaxşıdır.”

İnterAz-ın "FarsNews"-a istinadla verdiyi xəbərə görə, bunu Ali Dini Lider Ayətullah Seyid Əli Xamenei ölkənin hava qüvvələrinin komandirləri qarşısındakı çıxışı zamanı deyib.

Ayətullah Xamenei ötən gün Tehrandakı çıxışında ölkəsinin nüvə hüquqlarının bərpa edilənə qədər danışıqların davam etdirilməsinin tərəfdarı olduğunu bildirib və müzakirələr istiqamətində İran nümayəndələrinə tövsiyələrini verib.

“Əldə edilən nüvə anlaşması bir mərhələdə bütün külliyyatı və detallarının qeyd edilməsi ilə baş tutmalıdır. Onun mətni açıq-aydın şəkildə yazılmalıdır. Elə olmamalıdır ki, müxtəlif istiqamətlərə yozulsun və bəhanələr gətirilsin. Nüvə anlaşması pis və yarımçıq olacaqsa, olmaması daha yaxşıdır”.
820 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber