Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Fevral 2015

“Çox istərdim ki, ARDNŞ də BP kimi hərəkət etsin”

BP ixtisar etdiyi işçilərin banklara olan bütün borclarını ödəməyi üzərinə götürüb.

Bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat verib.

QHT sədrinin sözlərinə görə, BP işdən çıxdıqdan sonra 12 ay müddətində işçilərinə dəstəyini davam etdirəcək:

“BP-nin borca dəstək (loan support) proqramı var. Bu, bank vasitəsilə kredit ödəyənlərə şamil olunur. İxtisar olunan işçilərdən kim o proqrama qoşulubsa, onlara BP işdən çıxdıqdan sonra 12 ay müddətində dəstəyini davam etdirəcək. Yəqin ki, 14 bildiriş ayları da əlavə olunmaqladır. Ancaq dəstək borcun tam ödənməsi yox, dərəcədən asılı olaraq (ayda 300 manatdan başlayaraq) kömək edilməsidir. Bu isə bəzən bankın qoyduğu faizi tam qarşılamır”.

M.Qəhrəmanlı qeyd edib ki, ARDNŞ də ixtisarlar apararkən, işçilərin bu cür durumlarını nəzərə almalıdır:

“Çox istərdim ki, ARDNŞ də ixtisarlar apararkən işçilərinin bu problemlərini nəzərə alsın. Beynəlxalq təcrübəni öyrənmək lazımdır. Hazırda ARDNŞ-də ixtisara düşən işçilərin də əksəriyyətinin müxtəlif banklara borcları var”./axar/
819 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber