Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Fevral 2015

Zaqatalada polis postunda qanlı olay

Avtomobilində narkotik maddə tapılan şəxs özünü bıçaqlayb

Zaqatala rayonunda postda polis tərəfindən saxlanılan avtomobildən narkotik maddə tapılıb.

Hadisə fevralın 8-də, axşam saat 19 radələrində qeydə alınıb.

1986-cı il təvəllüdlü, Bakı sakini Emil Rafiq oğlu Nəbiyev idarə etdiyi “Daewoo” markalı, 10 PV 115 dövlət nömrə nişanlı avtomobillə Balakəndən Bakı istiqamətində hərəkətdə olarkən, avtomobilin işıqlandırma sistemində olan nasazlığa görə, postda xidməti vəzifəsində olan polis baş çavuşu Elşən Namazov tərəfindən saxlanılıb. Sənədlərin yoxlaması zamanı sürücü Emil Nəbiyev özünü şübhəli apardığından polis əməkdaşları maşında axtarış aparıblar. Avtomobildə aparılan axtarış zamanı arxa oturacağın altında polietilen torbada narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkar edilib. Əraziyə Zaqatala rayon Polis Şöbəsinin əməkdaşları da cəlb edilib. Hal şahidlərinin iştirakı ilə avtomobildən 160 qrama yaxın qurudulmuş marixuana götürülüb. Bu zaman oradan uzaqlaşmağa çalışan sürücü Emil Nəbiyev üzərində gəzdirdiyi bıçaqla qarın nahiyəsinə xəsarət yetirib. Emil Nəbiyev saxlanılaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Zaqatala RMX-dan bildirilib ki, qarın boşluğunun kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya daxil olan E. Nəbiyevin üzərində cərrahiyə əməliyyatı aparılıb, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Zaqatala rayon RPŞ-də cinayət işi başlanıb, araşdırma aparılır./apa/
866 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...