Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Fevral 2015

Ukrayna böhranı ABŞ-ın hegemonluq siyasətinin nəticəsidi

"Ukrayna böhranı Rusiya Federasiyası tərəfindən başladılmayıb. Bu, özünü Soyuq müharibənin qalibi zənn edən ABŞ və onun qərbli müttəfiqlərinin Ukrayna ssenarisinə təbii cavab olaraq ortaya çıxıb. Bu ölkələr öz iradələrini istədikləri ölkəyə qəbul elətdirmək istəyirlər."

İnterAz-ın Rusiya mətbuatına istinadən məlumatına görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin Misirin "əl-Əhram" qəzetinə müsahibəsində deyb. Putin deyib ki, Ukraynada silahlı münaqişə ötən ilin yazında başlayıb, belə ki, ABŞ və Qərbin dəstəyi ilə hakimiyyətə gəlmiş Kiyevin yeni hökuməti onun legitimliyini tanımayan ölkənin cənub-şərq regionlarının əhalisina qarşı hərbi əməliyyatlara başlayıb.

Putinin sözlərinə görə, ABŞ və Qərb ölkələri ötən ilin fevralında Kiyevdəki dövlət çevrilişini dəstəklədilər, yeni hökumət Qərb yönümlü olduğu üçün onu qəbul etməyən və ölkənin cənub-şərqində müstəqillik hərəkatına başlayan regional qüvvələrə qarşı hərbi əməliyyatlara başladı.

Rusiya prezidenti bildirib ki, Avropa İttifaqının Şərq Tərəfdaşlıq proqramı çərçivəsində sabiq Sovet ölkələrini Rusiyadan uzaqlaşdırmaq və onları "Rusiya ya da Avropa" arasında seçim qarşısında qoymaq cəhdləri olub, bunun da ən bariz nümunəsi Ukraynadır.

"Rusiya Amerikaya və onun müttəfiqlərinə Ukraynanın daxili işlərinə qarışmağın pis nəticələr doğuracağı barədə dəfələrlə xəbərdarlıq etmişdi." - Putin müsahibəsində qeyd edib.
771 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber