Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Fevral 2015

Sual.nur-az.com-da günün sualı

Fiqhi

Sual:
Bəzi internet oyunları vardır ki, bir mərhələni oynadıqdan sonra təklif olunur ki, sonrakı mərhələyə keçmək, yaxud daha yüksək reytinq qazanmaq, ya da daha rahat oynamaq üçün hesabımıza bu qədər pul köçürün. Onların bu xidməti qarşısında istənilən pulu ödəmək icazəlidirmi? (Baxmayaraq ki, bu oyunlar qeyri-müsəlman ölkələrinə məxsusdur).

Cavab:

Ad: Nurlan, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim

Ayətullah əl-üzma Xamenei:
Əgər o pul göstərilən xidmətin müqabilində verilsə, iradı yoxdur.
Ayətullah əl-üzma Sistani:
İcazəlidir.
Ayətullah əl-üzma Safi:
Əgər haram oyunlardan olmasa, öz-özlüyündə maneəsi yoxdur.
Ayətullah əl-üzma Məkarim:
Sualın fərzində əgər kafirlərə kömək sayılmasa, oyun fasadlı oyunlardan olmasa və udub-uduzmaq şərti ilə oynanılmasa, ödənilən puldan oyunçular üçün mükafat verilməsə maneəsi yoxdur.

http://sual.nur-az.com
841 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber