Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Fevral 2015

İŞİD Museldən qaçmaq fikrindədir!

Nur-az.com-un abna24.com-a istinadən:
İraqın ordu və kürdlərdən ibarət qüvvələrinin irəliləyişi nəticəsində İŞİD-in terrorist dəstələri Musel şəhərini tərk etmək üzrədir.

Kürdlərin ön cəbhə üzrə 5-ci batalyonunun komandiri bildirib ki, qüvvələrimiz mütəmadi olaraq irəliyə doğru hərəkət edir və tezliklə Musel şəhərinə daxil olacağıq.
General Miqdad Hərəki deyib ki, şəhərin müxtəlif nöqtələrindəki terroristlərin mövqeləri ordunun ardıcıl hava hücumlarına məruz qaldığından artıq onların şəhəri tərk etdiyi halları müşahidə olunur. Odur ki, bu vəziyyət tezliklə Muselin də azadlığı ilə nəticələnəcəyini bizə ümid verir.

Cənab general son müvəffəqiyyətləri İŞİD tərəfindən İordaniyalı təyyarəçinin edamından sonra əldə edildiyini vurğulayıb.
756 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber