Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Fevral 2015

Strateji əhəmiyyətə malik Deyr əl-Ədəs şəhəri azad edilib!

Nur-az.com-un farsnews.com-a istinadən:
Suriya birləşmiş ordu qüvvələri dünən sübh çağından etibarən ölkənin cənubunda Dəra vilayətində həyata keçirdiyi əməliyyatdan sonra mühüm strateji əhəmiyyətə malik Deyr əl-Ədəs şəhərini azad edə bilib.
Əməliyyat üzrə terrorist qüvvələrin mövqelərinə güclü zərbələr endirildiyindən onların bir çoxları qətlə yetirilib, yaralanıb və əksəriyyəti də döyüş meydanından qaçaraq məntəqəni tərk ediblər.

Son xəbərlərə əsasən, şəhər tamamilə ordunun ixtiyarına keçib və xüsusi əməliyyat qrupları terroristlər tərəfindən şəhərin müxtəlif nöqtələrində yerləşdirilən mina və partlayıcı maddələri zərərsizləşdirmək üzrədirlər.



Ölkənin cənubundan çatan məlumatlarda da Dəməşq və Qüneytirə ətrafı məntəqələrdə bir çox ərazilər terrorist dəstələrindən təmizləndiyi xəbər verilir. Həmin ərazilərdə ordunun göstərdiyi əməliyyatlar o qədər gözlənilməz olub ki, elə ilk saatlarda terroristlərin mövqeləri darmadağın edilib.
Qeyd edilməlidir ki, Qüneytirə və Dəra kimi cənub vilayətləri İsrail tərəfindən işğal olunmuş ərazilərlə həmsərhəd olduğundan indiyə qədər terroristlərin asudəliklə yerləşdiyi ən mühüm məntəqələrdən sayılır. Odur ki, belə təkfirçi-terrorist qrupları, o cümlədən, əl-Nüsrət cəbhəsi istənilən zaman sionist rejimi tərəfindən maddi-texniki təchizatla təmin edilirmiş.

Döyüşlərin gedişatı göstərir ki, ölkənin təhlükəsizliyinin təminində bu regionun başqa məntəqələrə nisbət strateji əhəmiyyəti daha artıqdır. Buna şahid neçə müddət bundan qabaq başlayaraq həmin ərazilərdə ordunun həyata keçirdiyi geniş miqyaslı əməliyyatlardır.
1033 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...