Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Fevral 2015

Soğan gözünüzü yaşartmasın deyə belə edin

Yeməklərinizə ləzzət qatmaq üçün doğradığnız soğan ucbatından ağlamaqdan yoruldunuzsa, bu asan yolla artıq ağlamayacaqsız! Bəs soğan bizi niyə ağladır?

Soğan tərkibindəki vitamin və minerallarla insan sağlamlığı üçün olduqca faydalıdır. Ancaq sağlamlığa faydaları və yeməyə qatdığı ləzzətinə bir özəlliyi kölgə salır: o da gözləri yaşartmasıdır.
Soğan doğrayarkən bizi ağladanqoxusu deyil, soğan doğranarkən ondan çıxan qazlardır. Soğan hüceyrələrini kəsərkən içindəki fermentlər sərbəst qalır. Fermentlər sayəsində bəzi qazlar yaranır. Bu qaz su ilə reaksiyaya girərək sulfid turşusu halına gəlir. Bu kimyəvi reaksiya gözlərdə gerçəkləşdiyində gözlər böyük miqdarda su ifraz edərək turşunu neytral hala gətirir və ağlamağımıza səbəb olur. Bu hal da soğan doğrayanlar üçün bir işgəncəyə çevrilir.

Soğanı soymadan əvvəl bir müddət soyuducuda saxlayın. Nəticədə kimyəvi ifraz yavaşlayır. Nəticədə ağlamadan ləzzətli yeməklər bişirə bilərsiz.
816 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber