Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Fevral 2015

Fransada daha bir - Silahlı insident

Fransanın Marsel şəhərində maskalı şəxslər Kalaşnikov avtomatları ilə bir saata yaxındır ki, polislə vuruşur.

Bu haqda məlumatı Almaniyanın “Focus” jurnalı yayıb.
Cinayətkarların olduğu bina polislər tərəfindən tam mühasirəyə alınıb, hazırda ərazidə güclü atəş səsləri eşidilir.

Fransanın Baş naziri Manuel Valls təcili olaraq Marsel şəhərinə gəlib.

"France İnfo" radiosunun xəbərinə görə, qarşıdurmalar üzündən şəhərin Castellane bölgəsində yeddi min nəfər evlərini boşaltmaq məcburiyyətində qalıb.

Polis idarəsinin sözçüsü deyib ki, çox sayda silahlılar xüsusi polis qrupu ilə üz-üzə gəlib.

Ərazidə helikopterlərin havaya qalxdığı deyilir.

Fransanın "Le Fiqaro" qəzetinin internet səhifəsində isə yazılıb ki, toqquşma narkotik maddələrin satışı ilə məşğul olan iki dəstənin arasında başlayıb.

Ancaq bu iddia sonradan öz təsdiqini tapmayıb./aznyus/
812 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.02.17, 09:38
İnstaqramda yeni funksiya
22.02.17, 18:58
Əsgərimiz şəhid oldu