Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Noyabr 2013

“Bəsic” təşkilatının üzvlərinin sayı 20 milyonu ötüb

İranda hökümətə dəstək verən “Bəsic” təşkilatının üzvlərinin sayı 20 milyonu ötüb
Sözügedən təşkilat 1980-ci ildə yaradılıb

İranda “Bəsic” təşkilatının fəaliyyətləri gücləndirilir.

İnterAz-ın “FarsNews” agentliyinə istinadla verdiyi xəbərə görə, İranda İslam hökümətinin əsas himayədarı sayılan “Bəsic Mübarizə Qüvvələri” təşkilatının üzvlərinin sayı 20 milyonu ötüb.

Sözügedən təşkilatın sədri Sərdar Məhəmmədrza Nəqdi Tehranın cümə namazı xütbələrində çıxış edən zaman, bu təşkilatın Ayətullah Musəvi Xomeyninin əməyi nəticəsində ərsəyə gəldiyini və 34 il ərzində onun üzvlərinin sayının iyirmi milyonu keçdiyini bildirib.

Bildirək ki, sözügedən təşkilat 1980-ci ildə İran İslam İnqilabının banisi Ayətullah Musəvi Xomeyni tərəfindən, İslam Cümhuriyyətinin sivil qüvvələr vasitəsilə müdafiəsinin təmin edilməsi üçün yaradılıb.
1704 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:26