Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Fevral 2015

ARDNŞ neftçinin ölümünün səbəbini açıqladı

Dövlət Neft Şirkəti iş zamanı ölən neftçi ilə bağlı açıqlama yayıb.

Şirkətdən bildiriblər ki, Ə.Əmirov adına NQÇİ-nin elektrik avadanlıqlarının təmiri sexinin 5-ci dərəcəli elektrik montyoru, 1974-cü il təvəllüdlü Yunus Güləli oğlu Güləliyev cərəyan vurması nəticəsində dünyasını dəyişib.

Aparılan araşdırma zamanı müəyyən olunub ki, Y.Güləliyev növbədə olarkən həmin gün iş növbəsində olmayan elektrik montyoru Rafiq Əhmədovun xahişi ilə şəxsi məqsədləri üçün yaxınlıqdakı “Qaradağ Maşınqayırma Zavodu” ASC-nin həyətində yerləşən və Ə.Əmirov adına NQÇİ-yə heç bir aidiyyəti olmayan 6 kV-luq yarımstansiyada ayırıcını açmaq istəyərkən gərginlik altına düşüb. Y.Güləliyevin meyiti paylayıcı qurğuda aşkar edilib.

Məlum olub ki, Yunus Güləliyev iş yerini rəhbərliyə məlumat vermədən və qanunsuz olaraq tərk edib. Y.Güləliyevin meyiti məhkəmə tibbi ekspertizasına aparılaraq müayinə olunub və onun elektrik cərəyanının təsiri nəticəsində öldüyü məlum olub. Hadisə ilə bağlı yaradılmış komissiya tərəfindən araşdırma aparılır./virtualaz/
654 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00