Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Fevral 2015

İŞİD-dən daha bir vəhşilik

Edama məhkum etdiyi insanları müxtəlif üsullarla qətlə yetirən İŞİD terrorçuları yeni edam metodu ilə gündəmə gəlib. Bu barədə İraq hökuməti İŞİD cinayətlərini araşdırma komitəsinin sözçüsü Məhəmməd Şövqi Nedavi açıqlama verib. Nedavi, qruplaşmaya qarşı olduqları iddia edilən 4 nəfərin elektrik gərginliyi ilə öldürülüdüklərini bildirib.

Daha əvvəl baş kəsməsi ilə dünyanın gündəmində olan İŞİD terrorçuları ötən həftə qondarma xəlifə Əbu Bəkr Bağdadiyə beyət etməyən 16 nəfəri, həmçinin əlində əsir olan iordaniyalı pilotu yandıraraq vəhşicəsinə edam etmişdi.

Qeyd edək ki, İŞİD həyata keçirdiyi qeyri-humanist edamların şəkillərini və videolarını virtualda bütün dünyaya nümayiş etdirir./ans/
824 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber