Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Fevral 2015

Putin Obama və Merkeli bir-birindən ayırdı

ABŞ prezidenti Barak Obama və Almaniya kansleri Angela Merkel birgə mətbuat konfransının gedişatında Rusiyaya qarşı ümumi cəbhə təqdim etməyə çalışıb.

Ancaq Kiyevə döyüş silahının çatdırılmaları haqqında məsələyə iki müxtəlif yanaşma gözdən keçirilib.

Bu haqda CNN televiziya şirkətinin müxbiri Cim Akosta xəbər verib.

"Merkel Ukraynaya silah göndərilməsinə qarşı kəskin etirazı bildirdi, amma Obama hələ belə imkanı saxlayır", - deyə Akosta qeyd edib.

Jurnalist bildirib ki, mətbuat konfransının nəticəsinə görə ABŞ konqresində Vaşinqtonun Kiyevə silah çatdıracağını gözləyən bir çox konqresmen Obamanın hərəkətinə məyus olacaq.

Jurnalistin fikrincə, Putin hər mənada bu iki lideri udub.

Daha əvvəl bildirilirdi ki, ABŞ konqresinin əsas senatorları ölümcül silahın Ukrayna silahlı qüvvələrinə göndərilməsini təklif etmişdilər./ans/
778 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:1