Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Noyabr 2013

İtkin düşmüş dindardan nə xəbər var?

Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin 2-ci kurs tələbəsi Asim Məmmədovun axtarışı nəticə vermir. “Media forum”a danışan Xətai Rayon Polis İdarəsinin 34-cü bölməsinin əməkdaşı İlkin İmanov deyib ki, Asim Məmmədovla bağlı sorğu göndərdikləri xəstəxana və morqların heç birindən müsbət cavab gəlməyib.
Asim Məmmədov noyabrın 16-da internet klubuna getmək adı ilə evdən çıxıb, qayıtmayıb. O, gedəndə mobil telefonunu evdə qoyub. Telefonunda Asim “Mən belə yaşaya bilmərəm. Məni bağışlayın” qeydini yazıb və yazının fonunda tabut şəkli yerləşdirib. Həmin gün o, “Facebook” şəbəkəsində belə bir status da yazıb: “Qoyun qılım namazımı, sonra kəsin boğazımı”. Asim Məmmədovun yaxınları onun itkin düşməsi ilə əlaqədar Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsinə müraciət ediblər.

Asim Məmmədov “Facebook” şəbəkəsində fəal olan dindar gənclərdən biri kimi tanınır. O, bu il aprelin 1-də Nardaranda keçirilmiş aksiyaya görə 12 sutka müddətinə həbsdə saxlanıb.
1991 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 08:19