Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Fevral 2015

İstefada olan hərbçilər Ərdoğana qarşı birləşir

Türkiyədə sabiq hərbçilər “AS Parti” adlı yeni partiya yaradırlar.

Bu barədə "Trend" Türkiyənin Anadolu agentliyinə istinadən xəbər verir.

Yeni partiyanın təsisçilərinin əksəriyyəti istefada olan çavuşlardır. Təsisçilər partiya sıralarına 200 mindən artıq hərbi qulluqçu cəlb eləmək niyyətindədirlər.

Hazırda Türkiyədə 76 siyasi partiya var. Ölkə parlamentində onlardan yalnız dördü - Ədalət və İnkişaf Partiyası (AKP), Cumhuriyyət Xalq Partiyası (CHP), Millətçi Hərəkat partiyası (MHP) və kürdyönümlü Xalqların Demokratik Partiyası (HDP) təmsil olunur.
746 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP