Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Fevral 2015

Adı abad, özü bərbad...

Bu qəsəbənin adı Mehdiabad olsa da, yollarının vəziyyəti ona Mehdibərbad deməyə imkan verir.

Qəsəbə sakinləri yazır ki, Mehdiabadın problemləri həllini tapmır. Qəsəbənin "Üzümçü” (Qaz idarəsi deyilən ərazi) küçəsində vəziyyət acınacaqlıdır. Küçədə vaxtı ilə normal asfalt örtüyü olub, ancaq 2012-ci ildə qaz və su xətlərinin çəkilməsi ilə əlaqədar yollar qazılıb və bərbad hala düşüb. Hal-hazırda bu ərazidən nəinki avtomobillə, hətta piyada keçmək mümkünsüz olub. Sakinlər xahiş edirlər ki, aidiyyəti qurumlar heç olmasa, 2 maşın torpaq alıb bu biabırçılığı "basdırsınlar”.

Abşeron rayon İcra Hakimiyyəti ilə gün ərzində əlaqə saxlamaq cəhdlərimiz nəticəsiz qaldı./milli.az/


817 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber