Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Fevral 2015

"Yanukoviçi qaytarmayacağıq"

Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç və onun komanda üzvləri Kiyevə təhvil verilməyəcək.

“İnterfaks”-ın verdiyi məlumata görə, Rusiya baş prokuroru Yuri Çayka Ukrayna tərəfinin müvafiq tələbinə mənfi cavab verəcəyini bildirib.

“Biz Ukrayna Baş Prokurorluğundan olan həmkarlarımızın sorğusuna mütləq cavab verəcəyik. Cavab mənfi olacaq. Çünki bu şəxslərin təqibində siyasi motivlər görürük”, - deyə o vurğulayıb.

Y. Çayka bildirib ki, Rusiya qanunvericiliyi siyasi amillərlə təqib olunan şəxslərin təhvil verilməsini nəzərdə tutmur.
1266 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:24