Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Fevral 2015

Suriyada döyüşlərdə iştirak etmiş azərbaycanlı tutulub

Onun barəsində dövlətə xəyanət maddəsi ilə cinayət işi başlanılıb

Suriyada döyüşlərdə iştirak etməkdə şübhəli bilinən daha bir Azərbaycan vətəndaşı həbs edilib.

MTN-nin həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Zərdab rayon sakini, 1995-ci il təvəllüdlü Mikayılov Rövşən Baba oğlu saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə və ya dəstə yaratma) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.
1138 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 0