Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Fevral 2015

“Bədr” ordu komandiri Hadi əl-Amirinin canına sui-qəsd!

Nur-az.com-un tasnim.ir-a istinadən:
Ötən bazar günü günortadan sonra İraqın cənubunda “Bədr” ordu komandiri əl-Amirini müşayiət edən avtonəqliyyat karvanına İŞİD tərəfindən qəfil hücum nəticəsində mühafizlərindən biri şəhid olub və altı nəfəri isə yaralanıb.

Hadisə ilə əlaqədar Kərkükün cənubunda yerləşən Daquq şəhər polis rəisi Kavə Qərib bildirib ki, onlar bu əməliyyatı əl-Amirinin Kərkükdən Bağdada doğru hərəkəti zamanı həyata keçiriblər.
Xoşbəxtlikdən, hadisədə cənab əl-Amiri heç bir zədə almayıb. O, ikinci dəfədir ki, terrorist ünsürlərin sui-qəsdinə məruz qalır. Onu da deyək ki, Diyali məntəqəsində baş verən əvvəlki sui-qəsddə də, partlayış nəticəsində onun üç mühafizi yaralanmışdı.

Polis rəisi bildirib ki, bu hadisədə yaralananların üçünün vəziyyəti ağır olduğundan Kərkükün mərkəzi xəstəxanasına göndərilib.
900 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:26
Türkiyədə 1