Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Fevral 2015

İŞİD terrorçuları intihar əməliyyatından boyun qaçırırlar

Nur-az.com-un mashregnews.ir-a istinadən:
İngilis mətbuatında yayılan xəbərə əsasən, İŞİD-in bir çox terrorist üzvləri intihar əməliyyatlarından yayınaraq öz dəstələrini tərk etmək üzrədir.

“Daily Mail” dərc edib ki, İŞİD hal-hazırda dəstələri arasında üzvlərinin intihar əməliyyatlarından yayınma və öz sıralarını tərk etmə halları ilə üzbəüzdür. Onların Suriyada mərkəzi düşərgələrindən sayılan əl-Riqqə şəhərindəki “əl-Şühəda” batalyonunun üsyanı da İŞİD-in mütəmadi olaraq xaricdən yeni terrorist qüvvələrin cəlbinə böyük zərbə sayılır. Hal-hazırda intihar əməliyyatlarından yayınanların sayı artmaq üzrədir və belələri ya sıralarını tərk edir, ya da başqa terrorist dəstələrinə qoşulurlar.
Elə bu haqda bir sıra mənbələr də, əl-Riqqədəki qruplar arasında böhranlı vəziyyətin hökm sürdüyünü xəbər vermişdilər.

Adı çəkilən mənbə qeyd edir ki, İngiltərədən İŞİD-in sıralarına qoşulan cavanlar elə güman edirdilər ki, üzvlər arasında heç bir rütbə və sair imtiyazlar mövcud deyil. Halbuki İŞİD onları intihar əməliyyatları qəsdi ilə cəlb edir və odur ki, çox vaxt deyilən çəkişmələrlə qarşılaşırlar. Məaz əl-Kasibənin od vurub yandırılması hadisəsi də, İŞİD-in öz aralarındakı mövcud böhran vəziyyətə qətiyyət göstərməyi, hələ də, bir növ, iqtidara malik olduğunu nümayiş etdirmək üçün imiş.
1104 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber