Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Fevral 2015

Diri-diri yanan pilotun sakitliyinin səbəbi bilindi

İŞİD terrorçularının diri-diri yandırdığı pilotla bağlı daha bir fakt ortaya çıxıb. Muaz Kesasibənin edam anında soyuqqanlı olmasının səbəbi bəlli olub.

İddialara görə, terrorçular edamdan öncə pilota sakitləşdirici dərmanlar veriblər. Bu iddianı Səuddiyə Ərəbistanındakı burnews.com adlı internet saytı ortaya atıb. Bu sayədədə 26 yaşlı pilot bədənini alov bürüyəndə belə səssizliyini qoruya bilib.

Xəbərdə qan donduran görüntüləri izləyən mütəxəssislərin analizlərindən istifadə edilib. Videonu izləyən mütəxəssislərin fikrincə, Kesasibənin sinir sistemi sırdan çıxdığı üçün ağrını daha az hiss edib.

Xatırladaq ki, iordaniyalı pilotun yandırılması görüntüləri bir necə gün öncə yayılıb. Bu görüntülərdən sonra İordaniya kralı İŞİD-la mübarizədə səylərini daha da gücləndirib və koalisiya qüvvələri tərəfindən terrorçuların sığınacaqları güclü bombardımana məruz qalıb./ans/
968 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber