Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Fevral 2015

Türkiyədə kütləvi istefalar

Türkiyədə inzibati və ictimai işlərdə çalışan bir çox bürokrat tutduğu vəzifədən istefa verib.

Bürokratların 7 iyun 2015-ci il tarixdə ölkədə keçiriləcək parlament seçkisində namizədliyə namizəd (aday adayı) olmaları səbəb göstərilir.

Yerli mətbuatın bildirdiyinə görə, bəzi universitet rektorları, nazirliklərdə departament rəhbərləri, federasiya prezidentləri, bələdiyyə başçıları, baş nazirin və prezidentin müşavirləri, məhkəmə hakimləri və s. bu kimi sahələrdə fəaliyyət göstərən çox sayda bürokrat öz rəhbərliyinə istefa ərizəsini təqdim edib.

Baş nazir Əhməd Davudoğlunun, “İşarə verilmədən heç kim istefa verməsin” – xəbərdarlığına isə məhəl qoyan olmayıb.

Qeyd edək ki, 2000-ci ildən bəri hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parlament, bələdiyyə və ən son prezident seçkilərində qazandığı uğurlar millət vəkili olmaq istəyən bir çox insanın iştahını qabardıb.
1120 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...