Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Fevral 2015

Bakıda yeznə qaynını öldürdü

Bakının Binəqədi rayonunda yeznənin öz qaynını öldürməsi ilə nəticələnən qətl hadisəsi baş verib. Hadisə Biləcəri qəsəbəsi Məlik Aslanov küçəsində baş verib. Əslən Yevlax rayonundan olan 25 yaşlı Vüqar Salmanovla bacısının həyat yoldaşı 28 yaşlı Əfqan Yusubov arasında mübahisə düşüb. Mübahisə zamanıda Əfqan Yusubov Vüqar Salmanova bıçaqla zərbə endirib. Yaralı ailə üzvlərinin köməkliyi ilə Dəmiryol xəstəxanasına çatdırılıb. Amma artıq xəstəxanaya aparılan zaman Vüqar Salmanov yolda dünyasını dəyişib.

Qeyd edək ki, tərəflər arasında mübahisə DVD üstündə yaranıb. Belə ki, qətlə yetirilən Vüqar Salmanov qohumu Əfqana DVD satıb. Amma Əfqan aldığı əşyanını pulunu vermədiyi üçün onlar araında mübahisə yaranıb. Nəticədə isə qanlı hadisə qeydə alınıb.

Qaynını qətlə yetirməkdə şübhəli bilinən Əfqan Yusibov hadisə yerindən qaçıb. Hazırda onun tutulması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.

Faktla əlaqədar Binəqədi rayon prokurorluğunda cinayət məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Sonda qeyd edək ki, qətlə yetirilən Vüqar Salmanov əvvəllər bir dəfə məhkumluq həyatı yaşayıb. O, cəzası bitdiyi üçün 3 ay əvvəl azadlığa buraxılıbmış./ans/
1480 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 19:50