Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Fevral 2015

Ebolaya yoluxanların sayı 22 828 insan təşkil edir

“Ebola” virusundan ölənlərin sayı artmaqda davam edir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) çərşənbə axşamı son yaydığı açıqlamada, ölümcül virusa yoluxaraq ölənlərin sayının 9 152 nəfər olduğu bildirilib.

Eyni zamanda, bu virusa yoluxanların sayı da artaraq 22 828 insan təşkil edib.

Statistikaya üç Qərbi Afrika ölkəsi – Qvineya, Liberiya və Syerra Leone daxildir.

Qeyd edək ki, ölüm hallarının əksəriyyəti sadalanan ölkələrdə olsa da, digər ölkələrdə də rast gəlinib. Bunlardan Malini, Nigeriyanı, Seneqalı, İspaniyanı, Böyük Britaniyanı və ABŞ-ı misal göstərmək olar.
862 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:56