Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Fevral 2015

Fələstinin Qərbi Avropada ilk səfirliyi açıldı

İsveçin paytaxtı Stokholmda ötən gün axşam saatlarında Fələstinin səfirliyinin rəsmi açılış mərasimi keçirilib. Bu barədə “RİA Novosti”-yə İsveç XİN rəhbərinin mətbuat katibi Erik Buman bildirib. Səfirliyin açılışında Fələstinin prezidenti Mahmud Abbas iştirak edib.

Qeyd edək ki, bu səfirlik Fələstinin Qərbi Avropada ilk diplomatik nümayəndəliyidir.

“Mərasimdə İsveç XİN rəhbəri Marqot Valstrem və ölkənin müdafiə naziri Peter Hultkvist iştirak ediblər”, deyə o bildirib.

İsveç Fələstini dövlət kimi rəsmi olaraq 2014-cü ilin oktyabrın sonlarında tanıyaraq sayca analoji qərar vermiş 135-ci dövlət olub.

Mahmud Abbasın İsveçə səfərinin nəticəsi olaraq əməkdaşlığa dair 5 illik müqavilə imzalanıb. Müqaviləyə əsasən İsveç Fələstinə yardımını 50 faizədək artıraraq həcmini 1,5 mlrd krona çatdırıb.
809 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber