Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Fevral 2015

İşğaldan 23 il ötür

Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərinin işğalından 23 il keçir. Erməni hərbi birləşmələri Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı alayın silah və texnikasının, habelə orada xidmət edən erməni və rus hərbçilərin köməyi ilə fevralın 9-dan etibarən Malıbəyli və Quşçular kəndləri üzərinə hücuma keçib.
Üç gün davam edən qeyri-bərabər döyüşdən sonra 1992-ci il fevralın 11-də hər iki kənd işğal edilib. Kəndlər yandırılıb, yaşayış evləri, məktəblər, uşaq bağçaları, xəstəxanalar, məişət evləri, inzibati binalar, mədəniyyət abidələri, təsərrüfat obyektləri məhv edilib.
İşğal nəticəsində iki kəndin 30-dək dinc sakini qətlə yetirilib, əsir götürülüb, yüzlərlə sakin yaralanıb.
Qalan əhali qarlı, şaxtalı havada bir neçə kilometr dağ yolunu və erməni postlarını çətinliklə keçərək Ağdam rayonuna gələ bilib. /apa/
949 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 07:42